XƏBƏR
16:50

  Mingəçevirin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 7 milyon manat ayrılıb

Gündəm

Xəbər lenti
18 Aprel 10:49Messi 6 il sonra...

Prezident İlham Əliyev Mingəçevir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

 

Agyol.az xəbər verir ki, sərəncamda qeyd edilir ki, Mingəçevir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.7.7-ci yarımbəndində göstərilmiş məbləğin 7 milyon manatı "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.

 

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.




  Yayım tarixi :11 Aprel 2019   16:50

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .