XƏBƏR
14:03

  10 milyonuncu vətəndaşın doğum haqqında şəhadətnaməsi valideynlərinə təntənəli surətdə təqdim olunub

Gündəm

Xəbər lenti
18 Aprel 10:49Messi 6 il sonra...

Bu il aprelin 6-da respublikamızın on milyonuncu vətəndaşının dünyaya gəlməsi ilə Azərbaycan demoqrafik inkişaf baxımından nəinki keçmiş sovet ittifaqı dövlətləri, həmçinin bir çox Avropa ölkələri arasında liderə çevrilib.

 

Bu əlamətdar hadisə münasibətilə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycan xalqını və körpənin valideynlərini təbrik edərək xeyir-dua veriblər.

 

Agyol.az xəbər verir ki, aprelin 10-da körpənin valideynləri Rauf Həsənov və Nigar Ocaqova Ədliyyə Nazirliyinin Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinə gələrək ilk övladlarının adını məhz Mehriban xanım Əliyevanın şərəfinə Mehriban adlandırdıqlarını bildiriblər.

 

Valideynlər Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın analara və uşaqlara daim həssaslıqla yanaşdığını qeyd edib, onlara göstərilən qayğıya görə dövlətimizin başçısına və xanımına minnətdarlıqlarını ifadə ediblər.

 

Qeydiyyat şöbəsinin rəisi Səadət İsmayılova on milyonuncu vətəndaşımız Mehriban Həsənovanın doğum haqqında şəhadətnaməsini təntənəli surətdə valideynlərinə təqdim edib.

 

Sonda valideynlər təbrik edilib, onlara xatirə hədiyyəsi təqdim olunub, övladlarına uzun ömür və uğurlu gələcək arzulanıb.




  Yayım tarixi :11 Aprel 2019   14:03

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .