XƏBƏR
10:39

  Çempionlar Liqası: "Barselona"dan vacib qələbə, "Yuventus" "Ayaks"la bacarmadı

Gündəm

Xəbər lenti

Bu gün UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin növbəti iki oyunu keçirilib.Niderlandın "Ayaks" klubu doğma meydanda İtaliyanın "Yuventus" klubunu qəbul edib.

 

Agyol.az xəbər verir ki, ilk hissənin sonuncu dəqiqəsində (45-ci dəqiqə) qonaqların hücumçusu K.Ronaldo komandasını hesabda önə keçirib. Lakin ikinci hissənin ilk dəqiqəsində ev sahibinin futbolçusu D.Neres hesabı bərabərləşdirib. Oyun 1:1 hesabı ilə yekunlaşıb.

 

İspaniyanın "Barselona" klubu İngiltərinin "Mançester Yunayted" klubunun qonağı olub. Oyunun 12-ci dəqiqəsində L.Suarezin başla zərbəsindən sonra top ev sahibinin müdafiəçisi L.Şouya dəyərək qapıya daxil olub 0:1. Bu, oyunda yeganə qol olub.




  Yayım tarixi :11 Aprel 2019   10:39

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .