XƏBƏR
14:24

  Azərbaycan və BƏƏ kiçik və orta sahibkarlıq sahəsində əlaqələri genişləndirir

Gündəm

Xəbər lenti
18 Aprel 10:49Messi 6 il sonra...

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Birləşmiş Ərəb Əmirliklərinin analoji qurumu olan Dubayın Kiçik və Orta Sahibkarlıq üzrə İnkişaf Qurumu arasında əməkdaşlıq genişlənir.

 

Agyol.az xəbər verir ki, KOBİA-dan verilən məlumata görə, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində ənənəvi olaraq keçirilən İllik İnvestisiya Toplantısı çərçivəsində təşkil olunmuş görüşdə müzakirələr aparılıb.

 

8-ci İllik İnvestisiya Toplantısında iştirak edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Dubayın Kiçik və Orta Sahibkarlıq üzrə İnkişaf Qurumunun baş icraçı direktoru Abdul Baset Əl-Janahi arasında keçirilmiş görüşdə tərəflər əməkdaşlığın inkişafında maraqlı olduqlarını bildirib, əlaqələrin genişləndirilməsinə dair fikir mübadiləsi aparıblar. Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin KOB subyektləri arasında əməkdaşlığın qurulması və inkişaf etdirilməsi, bu məqsədlə KOBİA və Dubayın Kiçik və Orta Sahibkarlıq üzrə İnkişaf Qurumu arasında əlaqələrin genişləndirilməsi, KOB-ların iştirakı ilə Bakıda birgə tədbirin təşkili, BƏƏ investisiyaları əsasında ölkəmizdə birgə layihələrin reallaşdırılması görüşün başlıca müzakirə mövzularından olub.

Məlumat üçün qeyd edək ki, aprelin 8-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində öz işinə başlamış 8-ci İllik İnvestisiya Toplantısı sahibkarlığın inkişafı üçün investisiya imkanlarının, sərmayələrin təşviqi tendensiyalarının və bu sahədə əməkdaşlığın müzakirə olunması, təcrübə mübadiləsi və yeni əlaqələrin qurulması baxımından əlverişli platformadır.

 

Builki toplantıda 140-dan çox ölkədən 10 mindən artıq dövlət və özəl qurumların nümayəndələri, ekspertlər və tanınmış alimlər iştirak edir.




  Yayım tarixi :10 Aprel 2019   14:24

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .