XƏBƏR
14:07

  Yelkənçilərimiz 14 ölkədən 447 idmançının qatılacağı yarışda iştirak edəcək (FOTO)

Gündəm

Xəbər lenti

Yelkənli İdman Federasiyasının yığma komandası aprelin 18-22-si tarixlərində "Optimist" və "Laser" sinifləri üzrə keçirləcək “32-th Izola Spring Cup” və “Easter Regata” yarışlarında iştirak üçün Sloveniyaya səfər edəcək.

 

Agyol.az xəbər verir ki, Federasiyadan verilən məlumata görə, yelkənçilərimiz yarışlara başlamazdan əvvəl 14-18 aprel tarixlərində beynəlxalq səviyyəli məşqçi Draqan Qasicin rəhbərliyi ilə təlim məşqlərdə iştirak edəcəklər. 14 ölkədən 447 idmançının qatılacağı yarışlar Yelkənli İdman Federasiyasının yığma komandasının Avropa çempionatına hazırlıq məqsədi daşıyır.

 

Azərbaycanı yarışlarda "Optimist" sinfi üzrə yelkənçilərimiz Ayla Babayeva, Fidan Ağazadə, Kristina Kərimova, Murad Hacı-zadə, Murad İsmayılov, Səxavət Əzimov, Laser sinfi üzrə Murad Allahverdi və İsmayıl Kərimov, heyətin rəhbəri Burcu Algon Giorgianni, “Optimist” sinfi üzrə baş məşqçi Seyhun Yıldız, “Laser” sinfi üzrə məşqçi Tuğçə Subaşı, köməkçi məşqçi Anton Vilyayev təmsil edəcəklər.




  Yayım tarixi :10 Aprel 2019   14:07

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .