XƏBƏR
10:45

  Ənənəvi səhər qəhvəsi ağciyər xərçəngi yaradırmış

Gündəm

Xəbər lenti
18 Iyun 13:01Platini həbs olundu

Müasir insanın ən çox içdiyi qəhvənin sağlamlığa zərərləri və faydaları barədə yüzlərlə elmi araşdırma aparılıb. Çox tədqiqatlatda qəhvənin ürək-damar, beyinə və diabetə faydalı olduğu sübut olunsa da, onun bir çox orqanlara zərəri barədə də məlumatlar az deyil. Daha bir yeni elmi araşdırmanın nəticəsi isə səhərlər 1-2 qəhvə fincan içən şəxslərdə ağciyər xərçənginə tutulma riski 18 artır.

 

Agyol.az xəbər verir ki, bunu ABŞ Ağciyər tədqiqatları Assosiasiyasının alimləri yeni tədqiqatlarının nəticəsi olaraq bildirib.

 

Tennesi ştatı tibb universitetindən olan müəllif Ju Çinçzin bildirib ki,  1 milyon insanı əhatə edən 17 elmi işin nəticəsində məlum olub ki, 20,5 min nəfər insanda hansı ki, gündə 2-3 fincan içirdilər, ağciyər xərçəngi aşkarlanıb.

 

Xüsusən siqaret çəkənlərin əlavə olaraq qəhvəyə meyilliyi bu riski artırır.

 

Statistika göstərib ki, siqaret çəkənlər arasında gündə 2-3 fincan qəhvə içənlərin ağciyər xərçəngi riski 41% artıb.

 

Eyni zamanda kofeinsiz qəhvə ənənəvi qəhvədən 15% daha təhlükəli hesab olunub.




  Yayım tarixi :09 Aprel 2019   10:45

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .