XƏBƏR
21:15

  Prezident İlham Əliyev büdcədən 14 milyon manat ayırdı

Gündəm

Xəbər lenti
18 Aprel 10:49Messi 6 il sonra...

Prezident İlham Əliyev Şəmkir rayonunun Şəmkir-Zəyəm-Düyərli-Şiştəpə-Bayramlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.


Agyol.Az xəbər verir  ki, sərəncamda qeyd edilir ki, səksən beş min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Şəmkir-Zəyəm-Düyərli-Şiştəpə-Bayramlı avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 14 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.


Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

 




  Yayım tarixi :08 Aprel 2019   21:15

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .