XƏBƏR
17:30

  Prezident İlham Əliyev Dünya Bankının Prezidentini təbrik edib

Gündəm

Xəbər lenti
09 Dekabr 11:41Messi Ronaldonu keçdi

Prezident İlham Əliyev Dünya Bankının Prezidenti Devid Malpassa təbrik məktubu göndərib.

 

Agyol.az xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli cənab Prezident,Dünya Bankının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

 

Biz Azərbaycan ilə Dünya Bankı arasındakı əməkdaşlığa böyük əhəmiyyət veririk. Bu baxımdan ölkəmizdə həyata keçirilən iqtisadi islahatlarda, gerçəkləşdirdiyimiz irimiqyaslı infrastruktur layihələrinin maliyyələşdirilməsində Dünya Bankının yaxından iştirakını məmnunluqla qeyd etmək istərdim.

 

Ümidvaram ki, Dünya Bankının fəaliyyət sahələri üzrə əməkdaşlığımızın daha da dərinləşdirilməsi istiqamətində səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik.

 

Bir daha Sizə öz təbriklərimi yetirir, möhkəm cansağlığı, qarşıdakı məsul işinizdə uğurlar arzulayıram".

                                                      




  Yayım tarixi :08 Aprel 2019   17:30

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .