XƏBƏR
11:03

  Whatsapp Business tətbiqinin iOS versiyası təqdim olundu

Gündəm

Xəbər lenti
18 Aprel 10:49Messi 6 il sonra...

Whatsapp tərtibatçıları Whatsapp Business tətbiqinin iOS versiyasını təqdim etdilər.

Agyol.az  The Verge saytına istinadən  xəbər verir.

 Məlumata əsasən bu tətbiq ilk öncə Braziliya, Almaniya, İndoneziya, Hindistan, Meksika, İngiltərə və ABŞ-da aktiv olacaq. Daha sonra isə bütün dünyada aktivləşdiriləcək. Whatsapp Business-in iOS versiyası da sürətli cavabları və mesajların statistikalarını dəstəkləyir.

    

Whatsapp Business tətbiqi biznes üçün fəaliyyət təsvirini, iş saatlarını və əlavə məlumatları özündə əks etdirən hesabların yaradılması imkanını verir. Bundan əlavə olaraq bu tətbiq vasitəsilə müştərilərin sulları üçün nəzərdə tutulmuş şablonlardan ibarət sürətli cavablar da yaratmaq mümkündür. Qeyd etmək lazımdır ki, Whatsapp Business ilk dəfə 2018-ci ilin əvvəlində Android əməliyyat sistemi üçün təqdim olunmuşdu. Bu tətbiq əsasən kiçik biznesin mesajlaşma prosesini daha da asanlaşdırmaq üçün nəzərdə tutulub və Whatsapp Business API ilə əlaqəli deyil.




  Yayım tarixi :08 Aprel 2019   11:03

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .