XƏBƏR
10:47

  Gimnastımız Səməd Məmmədli beynəlxalq turnirdə bürünc medal qazandı

Gündəm

Xəbər lenti

Almaniyanın paytaxtı Berlində keçirilən idman gimnastikası üzrə ənənəvi “Junior Team Cup” adlı beynəlxalq turnirin qaliblərinin adları müəyyənləşib.

 

Agyol.az xəbər verir ki, Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, 26 ölkədən 140 gənc gimnastın toplaşdığı turnirdə ölkəmizi təmsil edən, Yeniyetmələrin Olimpiya Oyunları 2018-in iştirakçısı Səməd Məmmədli həmyaşıdları arasında fərqlənərək, bürünc medala layiq görülüb. Gimnastımızın dəstəli atda çıxışını hakimlər 12.850 xalla dəyərləndirib. Səməd turnikdəki nümayişinə görə də final mərhələsinə yüksəlib və yekunda 11.550 xalla 6-cı olub.

 

Digər təmsilçimiz Rüstəm Əhməd isə öz yaş kateqoriyasında dəstəli atda finala vəsiqə qazanıb. Yekun mərhələdə gənc gimnastımız 12.200 xalla yarışı 4-cü yerdə bitirib




  Yayım tarixi :08 Aprel 2019   10:47

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .