XƏBƏR
10:44

  "Facebook" Afrika boyu sualtı kabel çəkməyi planlaşdırır

Gündəm

Xəbər lenti

"Facebook" şirkəti Afrika qitəsi boru sualtı kabel çəkməyi planlaşdırır.

 

Agyol.az xəbər verir ki, bu cür addımın məqsədi internetə genişzolaqlı çıxışın xərclərinin azaldılması və yerli əhalinin sosial şəbəkədə daha asan qeydiyyatdan keçməsi məqsədlərini daşıyır.

 

"Simba" adlı üçmərhələli layihə Afrikanın qərb, şərq və Aralıq dənizi sahillərində yerləşən bir neçə ölkədən keçəcək, ancaq dəqiq marşrut hələlik məlum deyil.

 

"Facebook"un nümayəndəsi məlumatı şərh etməkdən imtina edib, ancaq deyib ki, şirkət "sualtı kabellərdən söhbət gedəndə bütün dünyanı nəzərdən keçirir".




  Yayım tarixi :08 Aprel 2019   10:44

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .