XƏBƏR
14:14

  AZTV-nin “Aprel zəfəri” konsert proqramı dünyaya xalqımızın qələbə əhval-ruhiyyəsi mesajini verdi

Gündəm

Xəbər lenti
https://www.youtube.com/watch…

Azərbaycan Ordusunun 2016-cı ilin aprel döyüşlərində qazandığı qələbənin üçüncü ildönümü münasibətilə Füzuli rayonunun Horadiz şəhərində "Aprel Zəfəri" adlı konsert proqramı keçirilib.

 

Azərbaycan Televiziyası növbəti dəfə canlı konsert proqramını Horadizdən yayımlayıb. Ana Televiziya bununla da cəmiyyətdə bir daha aprel döyüşlərinin əhəmiyyətini önə çəkib. Konsertdə çıxış edənlər vurğulayıblar ki, həmin döyüşlər düşmən üzərində böyük qələbənin başlanğıcı olmaqla bərabər, Azərbaycan Ordusunun gücünü göstərdi, şəxsi heyətin özünə inamını və döyüş ruhunu artırdı.

 

Həmçinin xalqımızın öz ordusuna inamını, vətənpərvərlik hissini daha da gücləndirdi. Aprel zəfəri ordu ilə xalq birliyinin təntənəsinə çevrildi. Şanlı qələbənin üçüncü ildönümü münasibətilə Azərbaycan Televiziyası növbəti dəfə canlı konsert proqramını Horadizdən yayımlamaqla bütün dünyaya xalqın qələbə əhval-ruhiyyəsi mesajını verdi. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Aprel döyüşləri bizim tarixi qələbəmizdir, müasir tariximizdə ən uğurlu hərbi əməliyyatlardan biridir. Bu döyüşlər göstərdi ki, Azərbaycan əsgəri, zabiti həm peşəkardır, həm Vətənə bağlıdır, həm də istənilən anda öz vəzifə borcunu yerinə yetirməyə hazırdır. “Aprel Zəfəri” konsertində bu, xüsusi vurğulanıb. Ziyalıların, kənd sakinlərinin, N saylı hərbi hissənin əsgərlərinin ruh yüksəkliyi və qürurla iştirak etdiyi konsert proqramında tanınmış incəsənət ustalarının ifasında musiqilər təqdim olunub.

 

Xatırladaq ki, Qarabağ müharibəsində dönüş Horadiz istiqamətində başlanıb. İlk dəfə 1994-cü ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Füzuli istiqamətində 22 yaşayış məntəqəsi işğaldan azad edilib. 2016-cı ilin aprel döyüşləri zamanı isə Azərbaycan ordusu işğal altındakı digər torpaqlarımızın da azad olunacağına inam təlqin edən növbəti qələbə qazanıb.




  Yayım tarixi :06 Aprel 2019   14:14

 








Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .