XƏBƏR
14:06

  Aprel savaşı: AzTV Horadizdən canlı yayım etdi - Video

Gündəm

Xəbər lenti

Azərbaycan hərb tarixinin şanlı səhifəsinə çevrilmiş 2016-cı ilin aprel döyüşləri üçüncü ildönümü Füzuli rayonunun Horadiz şəhərində “Aprel Zəfəri” adlı konsert proqramı ilə qeyd edilib.


Agyol.az xəbər verir ki, Azərbaycan Televiziyası canlı konsert proqramını Horadizdən yayımlayıb və bununla da cəmiyyətdə bir daha Aprel döyüşlərinin əhəmiyyətini önə çəkib.


Konsertdə çıxış edənlər vurğulayıblar ki, həmin döyüşlər düşmən üzərində böyük qələbənin başlanğıcı olmaqla bərabər, Azərbaycan Ordusunun gücünü göstərdi, şəxsi heyətin özünə inamını və döyüş ruhunu artırdı.


Şanlı qələbənin üçüncü ildönümü münasibətilə Horadizdəki mərasim bütün dünyaya xalqın qələbə əhval-ruhiyyəsi mesajını verdi. “Aprel Zəfəri” konsertində bu, xüsusi vurğulanıb. Ziyalıların, kənd sakinlərinin, N saylı hərbi hissənin əsgərlərinin ruh yüksəkliyi və qürurla iştirak etdiyi konsert proqramında tanınmış incəsənət ustalarının ifasında musiqilər təqdim olunub.


Xatırladaq ki, Qarabağ müharibəsində dönüş Horadiz istiqamətində başlanıb. İlk dəfə 1994-cü ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Füzuli istiqamətində 22 yaşayış məntəqəsi işğaldan azad edilib. 2016-cı ilin aprel döyüşləri zamanı isə Azərbaycan Ordusu işğal altındakı digər torpaqlarımızın da azad olunacağına inam təlqin edən növbəti qələbə qazanıb.

 




  Yayım tarixi :06 Aprel 2019   14:06

 








Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .