XƏBƏR
14:06

  Metyu Brayza: "Azərbaycan və Ermənistan liderlərinin Vyana görüşü Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində yaxşı işarədir"

Gündəm

Xəbər lenti

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında martın 29-u Vyanada keçirilmiş görüş Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində diplomatik baxımdan yaxşı işarədir.


Agyol.Az xəbər verir ki, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT Minsk qrupunun sabiq həmsədri Metyu Brayza deyib.


O bildirib ki, hər iki liderin qoşunların təmas xətti boyunca atəşkəs rejiminin möhkəmləndirilməsi və sülhə yol açan mühitin yaradılması ilə bağlı çağırışları təsdiq etməsi müsbət haldır:


"Bu addımlar liderlərin konstruktiv şəxsi münasibət qurmasının işarələridir. Həmçinin sülh sazişinin hazırlanması üçün zəruri olan çəqin qərarların qəbul olunması üçün ilkin şərtlərdir".


Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin martın 29-da Vyanada Ermənistan-Azərbaycan münaqişəsinin həllini müzakirə etmək üçün Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü olub. Təkbətək görüş iki saatdan artıq davam edib, sonra isə danışıqlar ATƏT-in Minsk qrupunun həmsədrlərinin və iki ölkənin xarici işlər nazirlərinin iştirakı ilə davam etdirilib.


Azərbaycan və Ermənistan xarici işlər nazirləri və həmsədrlərin görüşün yekunu üzrə birgə bəyanatında danışıqlar prosesinin əsas məsələləri, substantiv məqamlar barədə geniş fikir mübadiləsinin aparıldığı qeyd olunur. Həmçinin sülh prosesinin irəli aparılması üçün münasib və münbit şəraitin yaradılmasının, danışıqlar prosesində konkret və nəticə yönümlü addımların atılmasının vacibliyi kimi məqamlar vurğulanır.

 




  Yayım tarixi :01 Aprel 2019   14:06

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .