XƏBƏR
10:59

  Ərdoğan: Xalq öz iradəsini ifadə etdi

Gündəm

Xəbər lenti
18 Aprel 10:49Messi 6 il sonra...

Türkiyədə bələdiyyə seçkiləri demokratik şəraitdə keçdi, xalq öz iradəsini ifadə etdi.


Agyol.az xəbər verir ki, bunu İstanbulda KİV-lər üçün açıqlamasında ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.


Ərdoğan qeyd edib ki, o, Ankaraya yollanır və orada "balkon nitqi" ilə çıxış edəcək: "Mən orada seçkilərin nəticələrini şərh edəcəm".

Ərdoğan deyib ki, seçkilərin ilkin nəticələrinə görə Ədalət və İnkişaf Partiyasının (AK Parti) Milli Hərəkat Partiyası (MHP) ilə tandemi irəlidədir.


Türkiyə prezidentinin sözlərinə görə, onun başçılıq etdiyi Ədalət və İnkişaf Partiyası ölkənin müxtəlif hissələrində həm qalib gəlib, həm də məğlub olub: "Bu da, öz növbəsində demokratiyanın göstəricisidir"

 




  Yayım tarixi :01 Aprel 2019   10:59

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .