XƏBƏR
09:57

  Türkiyədə səsvermə başa çatıb

Gündəm

Xəbər lenti

Türkiyədə keçirilən növbəti bələdiyyə seçkilərinə səsvermə yerli vaxtla saat 17.00-da yüksək seçici fəallığı ilə başa çatıb və bülletenlər sayılır.


Türkiyənin Ali Seçki Komissiyası ölkə üzrə 57 milyon 93 min 410 vətəndaşın seçmək hüququnu təsdiqləyib. Məntəqələrdə ümumilikdə 194 min 678 seçki qutusu qoyulub.


Seçicilər on iki siyasi partiya təmsilçisinə və müstəqil namizədlərə səs veriblər.


Qeyd edək ki, hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə müxalifətdə olan Milliyyətçi Hərəkat Partiyası (MHP) “Cümhur ittifaqı”, Cümhuriyyət Xalq Partiyası (CHP) ilə İYİ Partiya isə “Milliyyət ittifaqı” blokunda birləşərək bələdiyyə seçkilərinin ən fəal tərəfləri olublar.


Yerli vaxtla saat 21.00-dan sonra “sükut günü”nə aid yayın qadağaları aradan götürüləcək.

 




  Yayım tarixi :01 Aprel 2019   09:57

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .