XƏBƏR
14:35

  "Facebook" canlı yayım qaydalarını sərtləşdirir

Gündəm

Xəbər lenti

"Facebook"un qurucusu Mark Zukerberq dövlət nümayəndələrini internetin tənzimlənməsində və nəzarət olunmasında əsas rolu oynamağa çağırıb.


Agyol.az xəbər verir ki, hazırda tənzimlənməli olan dörd təbəqə var. Söhbət zərərli məlumatlardan, insanların şəxsi həyatına dair bilgilərdən, məlumatların digər platformalara daşınmasından və səsvermələrdə seçki proseslərinin qərəzsizliyi məsələsindən gedir.


"Bütün zərərli məzmunları internetdən silmək mümkün deyil. Ancaq insanlar öz siyasəti və texnologiyaları ilə onlarla fərqli xidmətlərdən istifadə etməklə məlumatların mübadiləsini aparan zaman bizə daha da standart bir yanaşma lazım olur", - deyə Zukerbeq bildirib.

Qeyd edək ki, bundan əvvəl "Facebook"da canlı yayım qaydalarının sərtləşdiriləcəyi barədə də açıqlama verilmişdi.

 




  Yayım tarixi :31 Mart 2019   14:35

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .