XƏBƏR
14:29

  Çay və yerkökünün daha bir faydası aşkarlanıb

Gündəm

Xəbər lenti
18 Iyun 13:01Platini həbs olundu

Yaponiyadan olan bir qrup alim çay və yerkökünün Alzheimer xəstəliyindən qoruduğunu, yaddaşı bərpa etməyə kömək etdiyini açıqlayıblar.

Siçanlar üzərində aparılan laborator təcrübələr  və tədqiqat bunu təsdiqləyir.


Tədqiqatı nəticəsi "Bioloji Kimya" jurnalında dərc edilib. Həmin siçanlar çay və yerkökü ilə qidalandırılıblar. Təcrübə üç ay davam edib.

Nəticədə gəmiricilərin epizodik yaddaşlarının sağlam fərdlərdə olan yaddaşdan və uzunmüddətli yaddaş səviyyəsindən 1, 5 dəfə artdığı məlum olub.


Ekspertlərin fikrincə, yaşıl çayın tərkibində olan antioksidantlar, yerkökünün tərkibində olan maddələr (ferulle turşusu) yaddaşın möhkəmlənməsində böyük rol oynayır.


Bu nəticələr yaddaşı yaxşılaşdırmaq üçün gələcəkdə dərmanlar yaratmağa imkan versə də, hələlik qidalanmada yaşıl çay və yerkökünə geniş yer verməyi tövsiyə edirlər.


Alzheimer xəstəliyi demensiyanın (ağılın zəifləməsi) ən geniş yayılan formasıdır. Əsasən 64 yaşdan yuxarı şəxslərdə rast gəlinməyinə baxmayaraq, bəzən daha tez inkişaf edə bilər. Erkən mərhələdə bu xəstəlik qısamüddətli yaddaş pozğunluqları ilə xarakterizə olunur və sonradan uzunmüddətli yaddaş itkisi yaranır. Nəticədə insanın bir çox koqnitiv funksiyaları da pozulur.

 




  Yayım tarixi :31 Mart 2019   14:29

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .