Sabah ölkə ərazisində gözlənilən hava
şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Departamentindən Agyol.Az-a verilən
məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu
olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Mülayim şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə
3-5° isti, gündüz 8-11° isti, Bakıda gecə 3-5° isti, gündüz 8-10° isti təşkil
edəcək.
Atmosfer təzyiqi 770 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət gecə 70-80%, gündüz 50-55% olacaq.
Aprelin 01-i axşamdan 02-si səhərədək Bakıda və
Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv
olacağı ehtimalı var.
Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış
yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar
yağacağı ehtimalı var. Gündüz yağıntıda fasilə olacaq. Bəzi yerlərdə duman
olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu
gecə 2-6° isti, gündüz 7-11° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta
təşkil edəcək.