XƏBƏR
11:19

  BMT-nin baş katibi Azərbaycan və Ermənistan rəhbərlərinin öhdəliklərinə sadiq qalmasını alqışlayır

Gündəm

Xəbər lenti
18 Aprel 10:49Messi 6 il sonra...

BMT-nin baş katibi Antonio Quterreş ATƏT-in Minsk qrupu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında martın 29-u Vyanada baş tutmuş görüşü alqışlayır.


Bu barədə Agyol.Az-a BMT-nin Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.


Baş katib ölkə rəhbərlərinin sülhə şərait yaradan mühitin əldə olunması və uğurlu danışıqların aparlması üçün əlavə tədbirlərin görülməsinə önəm vermələrini müsbət qarşılayır. O, həmçinin atəşkəsin gücləndirilməsi, humanitar problemlərin aradan qaldırılması, eləcə də münaqişənin sülh yolu ilə həlli üçün dialoqun davam etdirilməsinə dair ölkə rəhbərlərinin öz öhdəliklərinə sadiq qalmasını alqışlayır.


A.Quterreş ATƏT-in Minsk qrupu həmsədrlərinin vacib vasitəçilik rolunu yüksək qiymətləndirir və onların davamlı səylərinə BMT-nin tam dəstəyini yenidən bəyan edir.

 




  Yayım tarixi :30 Mart 2019   11:19

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .