XƏBƏR
11:17

  Mbappe Messi qədər məvacib ala bilər

Gündəm

Xəbər lenti

Kilian Mbappenin Real-a gedəcəyi ilə bağlı yayılan xəbərlər PSG-də narahatlıq yaradıb.


Agyol.Az xəbər verir ki, Paris təmsilçisi nəyin bahasına olursa-olsun forvardı əldən buraxmaq istəmir. Mənbənin iddiasına görə, PSG Mbappenin illik məvacibini 40 milyon avroya qaldırmağa hazırdır.


Xatırladaq ki, hazırda yalnız Barcelona-nın hücumçusu Leonel Messi bu qədər məvacib alır. Parislilər braziliyalı hücumçu Neymara da daha yaxşı maliyə şərtləri ilə yeni müqavilə təklif etməyi nəzərdə tutur.


20 yaşlı Mbappe cari mövsüm klubun heyətində keçirdiyi 35 matçda 31 qol vurub,15 qol ötürməsi verib. PSG-yə 2017-ci ildə bir illik icarə əsasında Monaco-dan keçib. Paris təmsilçisi onun icarəsi üçün 45 milyon avro xərcləyib. Ötən il 135 milyon avro odəyərək tam transfer edib.

 




  Yayım tarixi :30 Mart 2019   11:17

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .