XƏBƏR
09:28

  Allergiya xərçəngdən qoruyurmuş - ALİMLƏR

Gündəm

Xəbər lenti
18 Aprel 10:49Messi 6 il sonra...

Allergik burun tutulması, yaz allergiyasından əziyyət çəkənlərdə xərçəngin bir sıra növlərinə tutulmaq riski dəfələrlə azdır.


Agyol.Az xəbər verir ki, bunu ABŞ Xərçəng Milli İnstitutunun mütəxəssisləri geniş miqyaslı elmi araşdırmalarının nəticəsi kimi bəyan ediblər.

Alimlər 1,7 milyon  66-99 yaş arası amerikalının tibbi göstəricilərini analiz ediblər.  Bu insanlarda 1992-2013-cü illər arası xərçəngin müxtəlif növləri aşkarlanıb.


Müqayisə üçün 100 min nəfər xərçən olmayan insanlar barədə də informasiya toplanıb. Və hər iki qrupda allergik rinit, astma və ekzema kimi xəstəliklərin dərəcəsi yoxlanılıb.


Nəticədə məlum olub ki, ömründə onkoloji xəstəliyə tutulmayan insanlar müntəzəm olaraq yaz allergiyası, allergik rinitdən əziyyət çəkiblər.
Analizlər göstərib ki, allergik zökəm və riniti olanlarda qırtlaq, ağız, qida borusu, uşaqlıq boynu, bağırsaq, uşaqlıq, ağciyər xərçəngi çox nadir hallarda rast gəlinib.


Hələ ki, bu fenomenin səbəbi və xərçənglə əlaqəsi elmi araşdırılmayıb.  Bir nəzəriyyə budur ki, allergiyalı insanlarda immun sistem çox həssasdır və adi toza, çiçək tozcuğuna qarşı belə reaksiya verirsə, deməli, orqanizmdə olan yad agentə də tez reaksiya verib, orqanizmin özünümüdafiə sistemini işə salır.

Məlumdur ki, xərçəng immun sistemi zəif, belə deyək, yatmış olan insanlarda daha çox yayılır. 

 




  Yayım tarixi :30 Mart 2019   09:28

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .