XƏBƏR
11:27

  Ürək və damarların ən böyük dostu

Gündəm

Xəbər lenti
20 Aprel 10:10Qubaya qar yağıb
18 Aprel 10:49Messi 6 il sonra...

Sarımsaq çox faydalı tərəvəzdir. Lakin mütəxəssislərin fikrinə görə, təzə sarımsaq qat-qat daha faydalıdır.


Təzə sarımsaq C vitamini və fitonsidlərlə xüsusilə zəngindir. Məhz bu 2 maddə soyuq fəsillərdə zəifləmiş immuniteti möhkəmləndirir, orqanizmin infeksiya və viruslara qarşı olan davamlılığını artırır.


Agyol.Az xəbər verir  ki, təzə sarımsaq beyinin fəaliyyətinə də çox yaxşı təsir edir, beyin qan dövranını yaxşılaşdırır, damarları təmizləyir, yaddaş və diqqəti artırır.


Təzə sarımsaq aterosklerozun ən böyük düşmənidir. C vitamini və allisin maddəsi sayəsində təzə sarımsaq damarları möhkəmləndirir, genişləndirir, daha elastik edir, damarlarda trombların riskini azaldır. Bütün bunlar isə öz növbəsində yüksək təzyiq, insult və infarktın riskini azaldır.


Təzə sarımsaq şəkərin səviyyəsini də aşağı salır.


Həmçinin bu göyərti güclü qurd əleyhinə təsirə malikdir.

Təzə sarımsağın şişəleyhinə təsiri də sübut olunub.


Təzə sarımsağı çiy halda yemək lazımdır ki, hətta minimal termik emal onun tərkibində olan faydalı maddələrin miqdarını xeyli azaldır.  

Lakin nəzərə almaq lazımdır ki, mədə-bağırsaq, bəzi böyrək xəstəlikləri, öd daşı xəstəliyi zamanı sarımsağı yemək olmaz.

Sağlam insanlar da çox sarımsaq yeməməlidir ki, bu həzm sisteminə ziyan vura bilər.

 




  Yayım tarixi :29 Mart 2019   11:27

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .