XƏBƏR
09:35

  Voleybol üzrə Azərbaycan çempionu məlum oldu

Gündəm

Xəbər lenti
18 Aprel 10:49Messi 6 il sonra...

"Azərreyl" voleybol klubu növbəti dəfə Azərbaycan çempionu olub.


Agyol.az xəbər verir ki, martın 28-də qadın voleybolçular arasında ölkə çempionatının növbəti turunun oyunları keçirilib.


İlk olaraq meydana "Azərreyl" və "Lokomotiv" komandaları çıxıblar. Gərgin idman mübarizəsi şəraitində keçən görüş "Lokomotiv"in 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Məğlubiyyətə baxmayaraq hesabında 28 xal olan "Azərreyl" komandası yarışın sonuna iki tur qalmış çempionluğunu rəsmiləşdirib. "Lokomotiv"in isə hesabında 20 xal var.


Günün digər oyununda AVF komandası "Abşeron"a 3:2 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, "Abşeron" 7 xalla turnir cədvəlində üçüncü, AVF isə 5 xalla dördüncü pillədə yer alıb.

 




  Yayım tarixi :29 Mart 2019   09:35

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .