XƏBƏR
21:04

  Azərbaycan Prezidenti İlham Əliyev Avstriyaya işgüzar səfərə gəlib - FOTO

Gündəm

Xəbər lenti
18 Aprel 10:49Messi 6 il sonra...

Azərbaycan Prezidenti İlham Əliyev Avstriyaya işgüzar səfərə gəlib - FOTO


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 28-də Avstriya Respublikasına işgüzar səfərə gəlib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 28-də Vyanada Avstriya Respublikasının vitse-kansleri Haynts-Kristofer Ştraxe ilə görüşüb.


Avstriyanın vitse-kansleri ilə Bakıda keçirdiyi görüşü məmnuniyyətlə xatırladan dövlətimizin başçısı həmin görüşdə ikitərəfli əməkdaşlığa dair geniş fikir mübadiləsi aparıldığını dedi. Azərbaycan-Avstriya münasibətlərinin, o cümlədən siyasi və iqtisadi əlaqələrin uğurla inkişaf etdiyini bildirən Prezident İlham Əliyev bu ölkəyə səfərinin, həmçinin vitse-kanslerlə görüşünün əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğuladı.


Avstriya Respublikasının vitse-kansleri Haynts-Kristofer Ştraxe ölkəmizə səfəri çərçivəsində Prezident İlham Əliyev ilə görüşünün və apardığı səmərəli müzakirələrin ölkələrimiz arasında əlaqələrin inkişafına təkan verdiyini ifadə etdi.


Söhbət zamanı Azərbaycan ilə Avstriya arasında iqtisadi-ticarət münasibətlərinin genişləndirilməsi məqsədilə əməkdaşlıq formatlarının yaradılması təşəbbüslərinə toxunuldu, bu çərçivədə iki ölkənin dövlət qurumları və işgüzar dairələri arasında əlaqələrin genişləndirilməsinin önəmi vurğulandı.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparıldı.




  Yayım tarixi :28 Mart 2019   21:04

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .