XƏBƏR
15:54

  Prezident İlham Əliyev "Diqlas" ticarət mərkəzindəki yanğınla əlaqədar Komissiyanın yaradılması haqqında sərəncam imzalayıb

Gündəm

Xəbər lenti


Prezident İlham Əliyev Bakı şəhərinin Nizami rayonu ərazisində "Diqlas" ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar Komissiyanın yaradılması haqqında sərəncam imzlayıb.

Sərəncamda qeyd edilir:

2019-cu ilin mart ayının 26-da Bakı şəhərinin Nizami rayonu ərazisində "Diqlas" ticarət mərkəzində baş vermiş yanğın nəticəsində sahibkarlara külli miqdarda ziyan dəymişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, baş vermiş hadisənin səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Bakı şəhərinin Nizami rayonu ərazisində "Diqlas" ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar Komissiya yaratsın.

1.2. görülmüş işlər haqqında mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.




  Yayım tarixi :28 Mart 2019   15:54

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .