XƏBƏR
09:07

  Azərbaycan nefti bahalaşır

Gündəm

Xəbər lenti

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 26-da 69,38 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,69 dollar/barel çoxdur.


Bu barədə Agyol.az -a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.


FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 68,72 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,67 dollar/barel çoxdur.


Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 66,43 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 0,85 dollar/barel çoxdur.


Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 67,73 dollar/barel təşkil edib, bu da əvvəlki göstəricidən 0,72 dollar/barel çoxdur.

 




  Yayım tarixi :28 Mart 2019   09:07

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .