XƏBƏR
14:00

  Prezident İlham Əliyev iraqlı həmkarına başsağlığı verib

Gündəm

Xəbər lenti

Prezident İlham Əliyev İraq Respublikasının Prezidenti Bərham Salehə başsağlığı verib.


Agyol.Az xəbər verir ki, başsağlığında deyilir:


"Hörmətli cənab Prezident,

Dəclə çayında bərənin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi.


Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İraq xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!"

 




  Yayım tarixi :24 Mart 2019   14:00

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .