XƏBƏR
11:05

  Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib

Gündəm

Xəbər lenti
18 Iyun 13:01Platini həbs olundu

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.

 

Agyol.az xəbər verir ki, Birinci vitse-prezidentin rəsminstagram" hesabında dərc olunan təbrikdə deyilir:


"Əziz dostlar! Səmimi təbriklərinizə, xoş arzularınıza, sevgi və dəstəyinizə görə sizin hər birinizə öz adımdan və Prezidentin adından dərin minnətdarlığımı bildirirəm!


Biz sizin xoş münasibətinizi daim hiss edirik və məhz sizin sevginiz bizim ən böyük güc və ilham mənbəyimizdir!


Böyük Azərbaycan xalqının övladlarından biri olduğuma və xalqımla birgə olduğuma görə xoşbəxtəm!


Bütün Azərbaycan xalqını bayram münasibətilə təbrik edirəm! Allah Vətənimizi qorusun, sülh və əmin-amanlıq bəxş etsin! Hər birinizə cansağlığı, xoşbəxtlik, tükənməz aydınlıq, xoş güzəran və sevgi arzulayıram!

Hamınıza dərin təşəkkürümü bildirirəm!"

 




  Yayım tarixi :20 Mart 2019   11:05

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .