XƏBƏR
11:30

  Tarixin ən yaxşı futbol məşqçilərinin reytinqi açıqlandı

Gündəm

Xəbər lenti
20 Aprel 10:10Qubaya qar yağıb

Fransanın “France Football” nəşri tarixin ən yaxşı futbol məşqçilərinin siyahısını açıqlayıb.


Agyol.az xəbər verir ki, reytinqə hollandiyalı Rinus Mixels başçılıq edir. Şotlandiyalı Aleks Ferqyuson ikinci sıradadır. “Üçlüy”ü italiyalı Ariqo Sakki qapayır.


İlk “onluq”da həmçinin hollandiyalı Yohan Kroyff, ispaniyalı Xosep Qvardiola, ukraynalı Valeri Lobanovski, fransalı Elenio Errera, italiyalı Karlo Ançelotti, avstriyalı Ernst Happel və şotlandiyalı Bill Şenkli yer alıb.


Qeyd edək ki, Hollandiya millisi AVRO-1988-də R.Mixelsin rəhbərliyi altında çempion olub. 2005-ci ildə 77 yaşında vəfat edən mütəxəssis Ajax-la 4 dəfə ölkə çempionu olub, 3 dəfə Hollandiya Kubokunu qazanmaqla yanaşı, Çempionlar Liqasını əldə edib. O, Barcelona-nın sükanı arxasında ölkə çempionu olmaqla yanaşı, İspaniya Kubokunu götürüb. R.Mixels Köln-ün baş məşqçisi kimi Almaniya Kubokunda da uğur qazanıb.

 




  Yayım tarixi :19 Mart 2019   11:30

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .