XƏBƏR
11:12

  “Barselona” Qrizmandan imtina etdi: Hücum xəttinə 3 oyunçudan birini alacaq

Gündəm

Xəbər lenti
18 Aprel 10:49Messi 6 il sonra...

“Barselona” futbol klubu həm Çempionlar Liqaısnda, həm də İspaniya çempionatında xeyli uğurlu çıxış etsə də, heyətini gücləndirməyi unutmur. Yeni transferlər arasında “Atletiko”dan Antuan Qrizmannın adı daha çox səslənir.


Agyol.az xəbər verir ki, “Barselona” Fransa milli komandasının üzvünü almaq fikrindən daşınıb. Burada bir neçə amil rol oynayıb. Birincisi, Qrizmann ehtiyatda qalaraq, Luis Suaresin yerinə ona şans veriləcəyini gözləmək istəmir.


İkincisi, onun son vaxtlar göstərdiyi oyun keyfiyyətləri “Barselona”nı tam qane etmir. Üçüncüsü, Qrizmann hələ keçən il Jerar Pikenin şirkətinin çəkdiyi sənədli filmdə “Barselona”ya bir müddət əvvəl “yox” dediyini açıq-aşkar bildirmişdi. Bu isə katalonların xoşuna gəlməmişdi.

Bəlkə də, elə əsas səbəb budur. Çünki Qrizmannın açıqlaması “Barselona”nın futbolçularının da ürəyincə olmamışdı. Komandada Antuanın tonunu aşağılayıcı saymışdılar.

 

“Barselona” hücumçu axtarışını davam etdirir. Kataloniya klubu “Leyptsiq”dən Tim Verner, “Selta”dan Maksi Qomes, “Ayntraxt”dan Luka Yoviçdən birini almaq istəyər.

 




  Yayım tarixi :19 Mart 2019   11:12

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .