XƏBƏR
11:06

  Messi, yoxsa Ronaldo: “Qızıl buts”a namizədlərin son reytinqi açıqlanıb – Siyahı

Gündəm

Xəbər lenti
18 Aprel 10:49Messi 6 il sonra...

Belə görünür ki, argentinalı futbolçu Lionel Messi növbəti dəfə UEFA-nın “Qızıl buts” mükafatına sahib çıxacaq. İspaniya çempionatının axırıncı turunda het-trik edən “Barselona”nın ulduzu qolların sayını 29-a çatdırıb.


Agyol.az xəbər verir ki, “Qızıl buts” mükafatı Avropa milli klub çempionatlarının ən məhsuldar futbolçusuna 1968-ci ildən verilir. Messi artıq bu mükafatı beş dəfə əldə edib.


Qaydalar belədir ki, təkcə çempionatların bombardirləri arasında hamını geridə qoymaq kifayət etmir. Hər çempionatın öz əmsalı var. Məsələn, İspaniya primerası kimi səviyyəli turnirə 2 əmsal verilir. Türkiyə çempionatının əmsalı isə 1,5-dir. Buna görə də “Qalatasaray”ın futbolçusu Mbaye Dianye 23 qolla 4-cü yox, 10-cu yerdə qərarlaşıb. Onun 34,5, Messinin isə 58 xalı var. “Kopenhagen”dən Robert Skov da daha zəif çempionatda oynamağın əziyyətini çəkir. Əslində, o, 24 qol vurub:


Lionel Messi (“Barselona”) – 58

Kilian Mbappe (PSJ) – 50

Fabio Kvalyarella (“Sampdoriya”) – 42

Kriştiano Ronaldo (“Yuventus”) – 38

Kşiştof Pyontek (“Milan”) – 38

Robert Skov (“Kopenhagen”) – 36

Robert Levandovski (“Bavariya”) – 36

Serxio Aquero (“Mançester Siti”) – 36

Luis Suares (“Barselona”) – 36

Mbaye Dianye (“Qalatasaray”) – 34,5


“Qızıl buts” mükafatını ilk dəfə məşhur portuqaliyalı Eysebio qazanmışdı. O, 1968-ci ildə “Benfika”nın heyətində 42 qol vurmuşdu. Messi bu mükafatı hamıdan çox əldə edən futbolçudur. Onun əsas rəqibi Kriştiano Ronaldo “Qızıl buts”a 4 dəfə sahib çıxıb. Messi həm də bir mövsüm ərzində hamıdan çox qol vuran oyunçudur. 2011/12 mövsümündə “Barselona”da 50 dəfə fərqlənmişdi.

 




  Yayım tarixi :19 Mart 2019   11:06

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .