XƏBƏR
10:53

  "Kupça"ların verilməsi ilə bağlı VACİB QƏRAR

Gündəm

Xəbər lenti

Azərbaycanda daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiqləyən dövlət reyestri çıxarışlarının kağız formada təqdim edilməsi prosedurları tamamilə aradan qaldırılır.


Agyol.Az xəbər verir ki, bununla bağlı "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanuna dəyişikliklərin edilməsi təklif olunur.

Bu dəyişikliklərə əsasən, çıxarışların yalnız elektron üsulla təqdim olunması nəzərdə tutulur.


Yeni təklifllərdə qeyd edilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanının elektron üsulla təqdim etdiyi dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.


Çıxarış hüquq sahibinin istəyindən asılı olaraq, elekron imza ilə təsdiqlənməklə "Elektron Hökumət" portalında yerləşdirilir, yaxud digər elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir.


Qanun layihəsinə dəyişikliklər Milli Məclisin martın 29-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

 




  Yayım tarixi :19 Mart 2019   10:53

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .