XƏBƏR
10:27

  Eriksen dünyanın ən bahalı transferi ola bilər

Gündəm

Xəbər lenti

"Tottenhem"in yarımmüdafiəçisi Kristian Eriksen mövsümün sonunda "Real"a keçə bilər.


Agyol.Az xəbər verir ki, "kral klubu" 27 yaşlı futbolçunun transferi üçün astronomik məbləğ ayırıb.


Belə ki, ispanlar Danimarka millisinin üzvünün heyətə cəlb edilməsi müqabilində londonlulara nə az, nə çox, düz 265 milyon dollar ödəməyə hazırdı. Əgər keçid baş tutsa, Eriksen dünyanın ən bahalı transferi kimi tarixə düşəcək. Hazırda bu baxımdan rekord PSJ-nin hücumçusu Neymara (252 milyon dollar) məxsusdu.


Qeyd edək ki, Kristian Eriksenin "Tottenhem"lə müqavilə müddəti gələn ilin yayına qədərdi.

 




  Yayım tarixi :19 Mart 2019   10:27

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .