XƏBƏR
09:25

  “Bacarırsansa, gəl Aya Sofyanı al” - Ərdoğan Qərbə meydan oxudu

Gündəm

Xəbər lenti
18 Aprel 10:49Messi 6 il sonra...

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yeni Zelandiyada iki məsciddə 50 nəfərin qətlə yetirildiyi terror aktı ilə bağlı danışıb.


Agyol.Az xəbər verir ki, o, teraktla bağlı Qərbin səssiz qalmasını sərt şəkildə tənqid edib:


"Bu hadisədə Qərb mediası öz işini hiyləgərcəsinə görür. Bu axmağın (red: terrorçu Brenton Tarrant) belə bir manifesto yazması mümkün deyil. Arxasında ciddi dəstəyi var. Bunu tapıblar, manifest hazırlayıb veriblər əlinə. Orada ölkəmin, mənim, Aya Sofyanın adı keçir. Bacarırsansa, gəl al".


Qeyd edək ki, terror aktını həyata keçirən Avstraliya vətəndaşı Brenton Tarrantın hadisədən öncə yazdığı iddia edilən 70 səhifəlik manifestoda Ərdoğana sui-qəsd edəcəyi və Aya Sofyanı xristianlara geri qaytaracağı da qeyd edilib.

 




  Yayım tarixi :19 Mart 2019   09:25

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .