XƏBƏR
21:03

  “Messi ilə eyni dövrdə yaşamaq xoşbəxtlikdir” - Valverde

Gündəm

Xəbər lenti

"Barselona"nın baş məşqçisi Ernesto Valverde La Liqa çərçivəsində "Betis"lə səfər matçını (4:1) şərh edib.


Agyol.Az  xəbər verir ki, çalışdırıcı Lionel Messinin oyunundan zövq aldığını deyib.


"Matç tam üstünlüyümüzlə keçdi. Səfərdə belə oyun məni qane etdi. Messinin oyunundan zövq aldım. Het-trik etməsi onun qol vurmaq bacarığını bir daha təsdiqlədi. "Betis" azarkeşləri hücumçumuzu ürəkdən alqışladı. Baxmayaraq ki, vurduğu qollarla onları məyus etdi. İlk dəfə idi ki, fanatların rəqib hücumçunu alqışladığını görürdüm. Messi ilə eyni dörvrdə yaşamaq xoşbəxtlikdir", - mütəxəssis deyib.

 




  Yayım tarixi :18 Mart 2019   21:03

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .