XƏBƏR
16:41

  Öskürəyi sağaldan 3 təbii resept...

Gündəm

Xəbər lenti
09 Dekabr 11:41Messi Ronaldonu keçdi

Öskürək bir çox respirator infeksiyaları müşayiət edir.

Öskürəyin effektli müalicəsi üçün orqanizmə kifayət qədər maye daxil olmalıdır - bu adi su, çay da ola bilər. Maye bəlğəmi durulaşdıraraq orqanizmdən xaric etməyə kömək edir.

Öskürək zamanı istifadə olunan bəzi təbii vasitələr sağalmanı tezləşdirə bilər.

Agyol.Az xəbər verir ki,3 belə vasitəni təqdim edir.

1. Kəklikotu çayı

Almaniyada aparılmış bir elmi araşdırmada kəklikotunun çox yaxşı öskürək əleyhinə təsiri aşkar olunub.

Resept 1: 1 ç.q. kəklikotunu 1 stəkan qaynar suda 30 dəqiqə dəmləyin, süzün və adi çay kimi için. Dəmləməyə bal əlavə edə bilərsiniz.

https://ads2.newmedia.az/www/delivery/lg.php?bannerid=0&campaignid=0&zoneid=975&loc=https%3A%2F%2Fbig.az%2F336015-oskureyi_sagaldan_3_tebii_resept.html&referer=https%3A%2F%2Fbig.az%2Fsaglamliq-xeberleri%2F4%2F&cb=fb257f7bd3


2. Biyan kökü dəmləməsi

Biyan kökü ən tanınmış öskürək əleyhinə vasitələrdən biridir.

Resept 2: 10 qr xırda doğranmış biyan kökünü yarım l qaynar suda 1 saat dəmləyin. Gün ərzində 3 dəfə 1/3 stəkan olmaqla için.

3. Zəncəfil dəmləməsi

Zəncəfil Şərqdə qədim zamanlardan öskürəyin müalicəsində istifadə olunur.

Resept 3: Zəncəfil kökündən 3-4 sm uzunluqda olan tikə kəsin, təmizləyin, sürtgəcdən keçirin, üzərinə 1 stəkan qaynar su tökün, 30 dəqiqə dəmləyin, sonra süzün və bal əlavə edib için.




  Yayım tarixi :18 Mart 2019   16:41

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .