XƏBƏR
16:13

  Ərdoğan: İstanbul heç vaxt Konstantinopol olmayacaq

Gündəm

Xəbər lenti

ürkiyədə yaşayan hər bir insan Çanaqqala döyüşünün böyük əhəmiyyət kəsb etdiyini bilməlidir.


Agyol.Az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan adı çəkilən tarixi döyüş qələbəsinin 104-cü ildönümü münasibətilə keçirilən tədbirdə səsləndirib.


Ərdoğanın sözlərinə görə,  həmin günlərdə Türkiyədə tarix yazılıb və bunu dərk etməyənlərin Türkiyə torpaqlarında yaşamağa haqqı yoxdur.


“Ümid edirəm ki, Türkiyə xalqı bir daha Çanaqqalada yaşanmış sınaqla üzləşməyəcək. Ancaq belə bir təhlükə ortaya çıxsa , şübhəsiz ki, onu aradan qaldıracağıq, necə ki,  babalarımız 104 il əvvəl Çanaqqalada buna nail olmuşdu”, - deyə Türkiyə lideri bildirib.


Ərdoğan həmçinin qeyd edib ki, Yeni Zelandiyada törədilən  qanlı terror aktı müəyyən dairələrin Türkiyəyə ismarıcıdır.


“Müsəlmanların və Türkiyənin düşmənləri bizə nifrət etməyə davam etdiklərini bir daha nümayiş etdirdilər. Biz buna qarşılıq verməyə hazırıq. Bunu Çanaqqalada ucadan bəyan edirik”.


Türkiyəli dövlət başçısı qeyd edib ki, İsrail baş nazirinin Türkiyəyə qarşı bəyanatları Yeni Zelandiyalı terrorçunun dedikləri ilə üst-üstə düşür və bütün bu bəyanatlar eyni mənbədən qaynaqlanır.


“Türk xalqı hər zaman yer üzündə olacaq. İstanbulu Konstantinopola çevirmələrinə imkan verməyəcəyik”, - deyə prezident vurğulayıb.

 




  Yayım tarixi :18 Mart 2019   16:13

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .