XƏBƏR
16:03

  Martın 21-dən havanın temperaturu yüksələcək

Gündəm

Xəbər lenti
20 Aprel 10:10Qubaya qar yağıb
18 Aprel 10:49Messi 6 il sonra...

Martın 21-dən başlayaraq, ölkə ərazisində havanın temperaturu yüksələcək.


Agyol.az-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.


Onun sözlərinə görə, sabah axşamdan Bakıda və Abşeron yarımadasında küləyin sürəti səngiyəcək. Havanın temperaturu 9 dərəcəyə yaxın olacaq. Martın 20-də Azərbaycanın bəzi rayonlarında, o cümlədən Bakıda və Abşeron yarımadasında yağışlı havanın müşahidə ediləcəyi gözlənilir.


U.Tağıyeva əlavə edib ki, martın 21-də respublikanın əksər rayonlarında çox mülayim yaz havası müşahidə ediləcək. Hava yağmursuz keçəcək. Havanın temperaturu əvvəlki günə nisbətən artacaq. Günorta saatlarında Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturu 12-14 dərəcə olacaq.

 




  Yayım tarixi :18 Mart 2019   16:03

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .