XƏBƏR
14:58

  “Elmlər Akademiyası” stansiyasına gələn qatar geri, “Nizami”yə qayıtdı - Metroda nə baş verir? - AÇIQLAMA

Gündəm

Xəbər lenti
20 Aprel 10:10Qubaya qar yağıb
18 Aprel 10:49Messi 6 il sonra...

"Elmlər Akdemiyası"stansiyasında qeyri-adi hal yaşanıb.


Agyol.Az xəbər verir ki, sərnişinlərin  "Dərnəgül" xətti üzrə hərəkətdə olan qatar "Nizami" stansiyasında dayanıb. 10 dəqiqə hərəkətsiz qalan qatar sərnişinləri boşaldaraq geri qayıdıb.


Nəticədə platformada sərnişin sıxlığı yaranıb.


Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov saytın sualına cavab olaraq faktı təsdiqləyib. Metropolitenin sözçüsü qeyd edib ki, metroda yaşanan hadisəyə səbəb qatarda yaranan texniki nasazlıq olub:


"Dərnəgül xətti üzrə hərəkətdə olan qatarda texniki problem yaranıb. Təlimatımıza uyğun olaraq qatar "Elmlər Akademiyası" stansiyasında sərnişinləri düşürərək, geriyə, "Nizami" stansiyasına qayıdıb və depoya göndərilib".


Bəxtiyar Məmmədovun sözlərinə görə hazırda xəttəki sıxlıq aradan qaldırılıb. Qatarlar normal intervalla hərəkət edir.

 




  Yayım tarixi :18 Mart 2019   14:58

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .