XƏBƏR
14:30

  Xorvatiya - Azərbaycan matçının hakimləri açıqlandı

Gündəm

Xəbər lenti
18 Iyun 13:01Platini həbs olundu

AVRO-2020-nin seçmə mərhəsinin I turunda keçiriləcək Xorvatiya - Azərbaycan matçının hakimləri müəyyənləşib.


Agyol.az-ın məlumatına görə, görüş Georgi Kabakovun rəhbərlik etdiyi Bolqarıstandan olan hakimlər briqadasına tapşırılıb. Ona Martin Marqaritov və Divan Valkov yan xətt hakimləri, Nikola Popov dördüncü hakim qismində yardımçı olacaq.


33 yaşlı Kabakov 2013-cü ildən FIFA referisidir. O, 2015-2016 mövsümündə Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"ın Monteneqroda "Rudar" (Plevliya) ilə matçını idarə edib. Görüş Ağdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0. Bu oyunda meydan sahiblərindən üç futbolçu sarı vərəqə alıb.


Qeyd edək ki, Xorvatiya - Azərbaycan qarşılaşması martın 21-də Zaqrebdəki "Maksimir" stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. 

 




  Yayım tarixi :18 Mart 2019   14:30

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .