Nyu-York ştatından senator Kirsten Cillibrand
2020-ci il prezident seçkilərində seçkiqabağı kampaniyaya başladığını elan
edib. Cillibrand Demokratlar Partiyasının 2020-ci ildə keçiriləcək qurultayında
namizədliyini irəli sürmək üçün kifayət qədər tərəfdar toplayacağına ümid edir.
Agyol.az xəbər verir ki, Demokratlar
Partiyasının bir sıra məşhur və təcrübəli siyasətçiləri, o cümlədən senatorlar
Elizabet Uorren, Emi Klobuşar, Kamala Harris, Kori Buker və Beto O`Rurk Kirsten
Cillibrandın rəqibləri olacaqlar.
Senator Cillibrand bu qərarını bazar günü sosial
şəbəkələrdə videomüraciət vasitəsilə rəsmən elan edib. O deyib ki, ölkəyə
“böyük və cəsarətli qərarlar qəbul edən lider” lazımdır. Tibbi xidmətin hamı
üçün əlyetərli olmasına nail olacağını, odlu silahdan istifadə edilməklə
zorakılığa son qoyacağını vəd edən Cillibrand gələn həftə Nyu-Yorkdakı “Trump
International Hotel” qarşısında rəsmi nitq söyləməyə hazırlaşır.
2009-cu ildə Barak Obama administrasiyasında
ABŞ-ın dövlət katibi təyin edilmiş Hillari Klintonun əvəzinə senator təyin
edilən Kirsten Cillibrand sonrakı müddətdə üç dəfə təkrar həmin vəzifəyə
seçilib.