XƏBƏR
12:18

  Azadlığa qovuşan vətəndaş: Prezident İlham Əliyev mənə bir dünya sevinc bəxş etdi

Gündəm

Xəbər lenti
18 Aprel 10:49Messi 6 il sonra...

"Prezident İlham Əliyev mənə bir dünya sevinc bəxş etdi".


Bunu Agyol.az-a açıqlamasında Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə cəzasının çəkilməmiş hissəsindən azad olunan 1975-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Ceyhun Məmmədov deyib.


O, qəsdən adam öldürməyə cəhddə təqsirləndirilərək 7 il 10 ay müddətinə azadlıqdan məhrum edildiyini bildirib:


"Cəzamın 4 il 6 ayını çəkmişdim, 3 il 4 ayı qalmışdı. Cənab Prezidentə minnətdaram ki, səhvimi bağışladı və məni azadlığa qovuşdurdu. Sevincimin həddi-hüdudu yoxdur. Bu mənə həm də bayram hədiyyəsi oldu. Bu bayramı ailəmlə qeyd etmək mənim üçün bir dünya sevinc deməkdir. Xalqıma, dövlətimə həmişə layiqli vətəndaş olacağam".


Qeyd edək ki, martın 16-da Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.

Əfv sərəncamı ümumilikdə 431 nəfərə şamil olunub. Onlardan azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 399 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib. Əfv sərəncamı, o cümlədən, 14 xarici vətəndaşa şamil olunub.

 




  Yayım tarixi :18 Mart 2019   12:18

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .