XƏBƏR
11:56

  Səudiyyəli nazir: Əsas məqsəd qlobal neft ehtiyatları səviyyəsini normallaşdırmaqdır

Gündəm

Xəbər lenti

Neft istehsal edən ölkələrin əsas məqsədi qlobal neft ehtiyatları səviyyəsini normallaşdırmaqdır.


Agyol.az-in məlumatına görə, bunu Bakıda OPEK+ Birgə Monitorinq Komitəsinin 13-cü iclasında Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii ehtiyatlar naziri Xalid Əbdüləziz əl-Falih deyib.


Nazir bildirib ki, ötən il bir sıra tədbirlər sayəsində bazarın stabilləşməsinə nail olmaq mümkün oldu. O əlavə edib ki, bir çox uğurlara baxmayaraq, hələ də çox iş görmək lazımdır:


“Mən şadam ki, iclas Bakıda, neftin vətənində keçirilir. Biz bu gün burada Azərbaycanın neft sənayesinin uğurlarını qeyd etmək üçün toplaşmışıq”.


Qeyd edək ki, bu gün Bakıda OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclası keçirilir.




  Yayım tarixi :18 Mart 2019   11:56

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .