XƏBƏR
11:13

  Əfsanəvi gitaraçı vəfat etdi

Gündəm

Xəbər lenti
18 Aprel 10:49Messi 6 il sonra...

Tanınmış amerikalı gitaraçı Dik Deyl (əsl adı Riçard Entoni Monsur) 81 yaşında dünyasını dəyişib.


Agyol.az - in məlumatına görə, musiqiçi Cənubi Kaliforniya xəstəxanasında vəfat edib. Dəqiq ölüm səbəbi açıqlanmır.


Deyl “serf-rok” stilinin öndərlərindən hesab olunur. Onu “serf-gitaranın kralı” adlandırırlar. D.Deyli ifa üslubuna görə Cimmi Hendriks və Eddi Van Halen kimi görkəmli gitaraçılarla müqayisə olunur. Buna görə onu çox vaxt “Hevi metalın atası” adlandırırlar.


O, musiqi karyerasına 1960-cı illərin əvvəllərində qədəm qoyub. Həmin illərdən bəri ümumilikdə 11 studiya albomu işıq üzü görüb. Onun ən tanınmış “Misirlou” kompozisiyası Kventin Tarantinonun “Kriminal Qiraət” filminin titrlarında səslənib.

 




  Yayım tarixi :18 Mart 2019   11:13

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .