XƏBƏR
09:24

  Messi "Barselona"nın tərkibində ən çox qələbə qazanan futbolçudur

Gündəm

Xəbər lenti

"Barselona" futbol klubunun futbolçusu Lionel Messi komandasının sabiq yarımmüdafiəçisi Xavinin klubun tərkibində qazanılan qələbələr üzrə rekordunu yeniləyib.


Agyol.Az  xəbər verir ki, bazar günü İspaniya çempionatının 28-ci turu çərçivəsində səfər matçında "Barselona" "Betis" üzərində 4:1 hesablı qələbə qazanıb. Lionel Messi bu oyunda üç qol vurub.


Beləliklə, Messinin hesabında 477, Xavinin isə 476 qələbəsi var. Bu göstəriciyə görə üçüncü Andres İnyestadır (459).

Bundan başqa, Messi komandada vurulan qollara görə İnyestaya çatıb (674). Lider isə Xavidir, onun hesabında 767 qol var.

 




  Yayım tarixi :18 Mart 2019   09:24

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .