XƏBƏR
09:21

  Bakıda güclü külək əsir

Gündəm

Xəbər lenti
09 Dekabr 11:41Messi Ronaldonu keçdi

Bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Agyol.Az-a verilən məlumata görə, səhər və axşam bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.


Havanın temperaturu gecə 4-6° isti, gündüz 7-10° isti, Bakıda gecə 4-6° isti, gündüz 7-9° isti təşkil edəcək.


Atmosfer təzyiqi 756 mm civə sütunundan 765 mm civə sütununa yükəsləcək. Nisbi rütubət 70-80 % olacaq.


Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.


Havanın temperaturu gecə 3-7° isti, gündüz 9-14° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-7° isti təşkil edəcək.

 

 




  Yayım tarixi :18 Mart 2019   09:21

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .