XƏBƏR
17:10

  Tanınmış ilahiyyatçılardan bir neçəsi prezidentin əfv sərəncamında yer alıb

Gündəm

Xəbər lenti
20 Aprel 10:10Qubaya qar yağıb

Ölkənin tanınmış ilahiyyatçıları hacı Zülfüqar Mikayılzadə və hacı Elman Ağayev prezident İlham Əliyevin imzaladığı əfv sərəncamının siyahısında yer alıblar.

Agyol.az xəbər verir ki, Prezident İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam imzalayıb.

Sərəncamda bildiriib ki, məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın çəkilməmiş hissəsindən azad edilsinlər.

Adları keçən yüzlərlə şəxs arasında ölkənin tanınmış ilahiyyatçılarından ikisi Ağayev Elman Seydəmir oğlu, eləcə də Mikayılov Zülfüqar Sədrəddin oğlunun adları da var.




  Yayım tarixi :16 Mart 2019   17:10

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .