XƏBƏR
11:43

  Lavrovun Türkiyə səfəri yenə təxirə salındı

Gündəm

Xəbər lenti

Rusiya xarici işlər naziri Sergey Lavrovun martın 18-də Antalyaya planlaşdırdığı səfəri qeyri-müəyyən müddətə təxirə salınıb.


Bununla bağlı Agyol.az Türkiyə Xarici İşlər Nazirliyinin nümayəndəsinə istinadən xəbər verib.


Səfərin dəqiq hansı tarixdə keçiriləcəyi və təxirə salınma səbəbləri açıqlanmayıb.


Qeyd edək ki, əvvəlcə Lavrovun Türkiyə səfəri rusiyalı nazirin iş qrafikindəki dəyişiklik səbəbindən martın 13-dən 18-nə keçirilmişdi. O, səfər zamanı türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşməli idi.

 




  Yayım tarixi :16 Mart 2019   11:43

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .