XƏBƏR
10:40

  Messidən xeyirxah addım

Gündəm

Xəbər lenti

Barcelona-nın və Argentina millisinin hücumçusu Lionel Messi, Keniyaya kömək üçün başladılan kampaniyaya dəstək olub.


Agyol.az xəbər verir ki, futbolçu UNİCEF-in Keniyada su və ərzaq tədarükü üçün başlatdığı kampaniyaya 200 min avro bağışlayaraq, dəstək olub.


Kampaniya nəticəsində, uşaqlar da daxil olmaqla, 2 mindən artıq insanın evində və məktəblərdə su problemi həll olunacaq.

Bundan başqa, layihə sayəsində 4 min insanın qida probleminin həll olunacağı bildirilir.

Keniyada hazırda 58 min insan su və qida azlığından əziyyət çəkir.

 




  Yayım tarixi :16 Mart 2019   10:40

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .